AZTA-nın təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində görüş keçirilib - FOTOLAR

 

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

AZTA-nın sədri Nahid Bağırov tədbir iştirakçılarını salamlayaraq, KOBİA rəhbrərliyinə görüşün keçirilməsinə, dövlət qurumları ilə birbaşa dialoq platforması yaratmasına və son zamanlar turizm bazarında yaranan problemlərin həll olunmasına şərait yaratdığı üçün təşəkkürünü bildirdi.

“Biz, Azərbaycan Turizm Assosiasiyası olaraq, daim vəzifəmizi yerinə yetiririk, ölkəmizin turizm potensialının dünyada keyfiyyətli və səmərəli təqdim edilməsi üçün müxtəlif alətlərdən istifadə edirik, apardığımız siyasətin nəticəsinin zəmanəti – bizə göstərilən dövlət dəstəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “dövlət həmişə sahibkarın yanındadır!”. Ölkə başçısının siyasətini dəstəkləyərək Azərbaycan Turizm Assosiyası da ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən olan turizmin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı üçün əlindən gələni etməy