Azərbaycanlılar ən çox hansı ölkələrə gedirlər ? - STATİSTİKA

 

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 2 065,9 min nəfər olub.

Turizmplus.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 39,5%-i İrana, 27%-i Gürcüstana, 18,3%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 66,4%-i kişilər, 33,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiyaya gedənlərin sayı 5,6%, Türkiyəyə gedənlərin sayı isə 0,1% artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,8%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Paylaş

Əvvəlkİ

Air Canada забыла в самолете пассажирку - ФОТО

Sonrakı

Задержка вылета, багаж и невыдача виз – когда туристы прибегали к страховщикам

Подписывайся

Подписывайся на нашу рассылку