Azərbaycanlı turizmçilər üçün Rusiyada B2B formatlı görüşlər - QEYDİYYAT

 

Azərbaycan Turizm Bürosu 27-29 avqust 2019-cu il tarixlərində Rusiyanın üç şəhərində B2B formatında ardıcıl seminarlar (workshop) təşkil edəcək.

Turizmplus.az xəbər verir ki, seminarların məqsədi Azərbaycanın turizm potensialının təqdimatı və ölkənin turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri ilə Kazan, Moskva və Yekaterinburq şəhərlərində fəaliyyət göstərən turizm şirkətlərinin ikitərəfli görüşlərinin keçirilməsidir.

Təqvim:

- 27 avqust 2019-cu ildə Kazan şəhərində

- 28 avqust 2019-cu ildə Moskva şəhərində

- 29 avqust 2019-cu ildə Yekaterinburq şəhərində

İştirak haqqı 500 avrodur.

Qeydiyyat keçidi: https://docs.google.com/forms/d/1_z88GKjapJeRoxLtnAu-Bs77GBwTco_1L62On8D_EVc/viewform?edit_requested=true

Paylaş

Əvvəlkİ

AZAL-ın bəzi reyslərində dəyişiklik - MƏLUMAT

Sonrakı

Türk Hava Yolları Bakıdan olan reyslərin sayını artırır - MƏLUMAT

Abunə olun

Xəbərlərimizə abunə olun