Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi ölkələr

 

Yay fəsli və məzuniyyət ayları yaxınlaşdıqca, xarici ölkələrə tur-paketlər təklif edən turizm şirkətlərinin də reklamları çoxalır. TV-lərdə, radiolarda, sosial şəbəkələrdə müxtəlif ölkələrdə istirahət təklif olunur.

Turizmplus.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı azərbaycanlıların ən çox hansı ölkələrə üz tutduqları, bu il əsasən hansı məkanları seçdikləri və tur-paketlərin qiymətləri ilə maraqlanıb.

“Amore Travel” turizm şirkətindən bildirilib ki, azərbaycanlıların 80 faizi yay tətilini Türkiyənin Antalya, Bodrum, Kuşadası, Marmaris kimi şəhərlərində, 20 faizi isə Avropa, Asiya istiqamətində keçirməyə üstünlük verir. Üçulduzlu hotellər bir nəfərə 450-550 dollara (altı gecə yeddi gün hoteldə qalmaq, aviabilet, sığorta, transfer, qidalanma daxil) başa gəlir.

Türkiyəyə ən ucuz səyahətin Alanya bölgəsinə olduğu qeyd olunur. Bir qədər baha olan Bodrum, Kuşadası, Fethiye kimi şəhərlərdə biletlərin qiyməti hotel seçimindən asılı olaraq 600-700 dollar arasında dəyişir.

Ən baha biletlər isə Asiyaya - Malayziya, Sinqapur bölgələrinədir.

Qeyd edək ki, mayın sonundan başlayaraq qiymətlər pik həddə çatacaq.

“Travelmania” şirkəti isə azərbaycanlıların yay səyahətləri üçün üz tutduqları ölkələrin ilk onluğunu açıqlayıb. Türkiyə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Rusiya, Çexiya, Fransa, İtaliya, Misir onluqda qərarlaşır. Turizm şirkətindən bildirilir ki, istirahət, dəniz istəyənlər Türkiyəyə, sanatoriyalara