"Azərbaycanlı turistlər üçün bu böyük bir təhlükə yaradır" - RƏVAN QULAMLI

 

Son günlərdə yayılan Gürcüstanın Tbilisi şəhərindən Misirin Şarm əl Şeyx şəhərinə olan uçuşların Ermənistan şirkətinin təşkilatçılığı ilə yerinə yetiriləcəyi barədə məlumatlar təsdiqini tapıb.

Turizmplus.az bununla bağlı Bakıdan Şarm əl Şeyxə uçuşları təşkil edən nümayəndə şirkət - "Gerso Travel"ın rəhbəri Rəvan Qulamlıdan fikirlərini öyrənib.

"Tbilisidən olan uçuşlar "Air Cairo" şirkəti ilə Gürcüstan nümayəndəliyi arasında gedən uzun müddətli danışıqlardan sonra əl dəyişdi. Bunun da əsas səbəbi odur ki, nümayəndə şirkətin aviaşirkətə böyük məbləğdə borcları var. Ona görə də nümayəndəlik adıçəkilən erməni şirkətinə verildi. Bu da həmin şirkətlə "Air Cairo" aviaşirkətinin münasibətlərinin yaxşı olmasından irəli gəlir. Azərbaycanlı turistlər üçün bu böyük bir təhlükə yaradır. Çünki belə bir məlumat da var ki, həmin reys zamanı İrəvana təcili və təxirəsalınmaz uçuşlar ola bilər. Ən əsası odur ki, bilinmir turistlər İrəvanda nə qədər gözləməli olacaqlar. Bu həm də bizim milli məsələmizdir və biz düşmən ölkənin şirkəti ilə əməkdaşlıq etməməliyik. Ona görə də bu kimi hallarda bizim şirkətlər də diqqətli olmalıdır deyə düşünürəm".

Rəvan Qulamlı bu xəbərdən sonra turistlər arasında yaranan çaşqınlığa da aydınlıq gətirib.

"Son günlər mətbuatda paylaşılan xəbərlərdə bildirilən "Misirə uçuşları erməni şirkəti yerinə yetirəcək" başlığı bir çox turistlərdə çaşqınlıq yaratmışdır. Bildirmək istərdik ki, bu Gürcüstandan olan uçuşla yerinə yetiriləcək turlara şamil edilir. Gürcüstan partnyorlarımız ilə qarşılıqlı mübadiləmiz zamanı onu da bildirmişlər ki, yeni reyslər mart ayının sonuna qədər olan tarixlərə tur alan heç bir müştəriyə aid edilmir və uçuşlar birbaşa Tbilisi-Şarm Əş Şeyx və geri istiqamətə məhz gürcü şirkətinin partnyorluğu ilə "Air Cairo" Hava Yolları vasitəsi ilə yerinə yetiriləcəkdir.

GERSO Travel şirkəti olaraq Qazaxıstan partnyorumuz "Оператор путешествий Selfie" travel ilə əməkdaşlıq çər&