Azərbaycanla Səudiyyə Ərəbistan arasında turizmin inkişafı dahada sürətlənir


Mövsümi aviareyslərin açılması Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizmin inkişafını daha da sürətləndirəcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın fəaliyyəti olduqca səmərəlidir: “Birgə fəaliyyət iki ölkə arasındakı ticarət dövriyyəsinin artmasına və investisiya əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcək. Ölkələr arasındakı turizm əlaqələri də getdikcə inkişaf edir. Hava əlaqələrinin qurulması, mövsümi aviareyslərin açılması turizmin inkişafını daha da sürətləndirəcək. Bu sahədə ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur”.

Paylaş

Əvvəlkİ

“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir

Sonrakı

Ölkəmizə gələn turistlərin sayında 6-8 faiz artım qeydə alınıb

Подписывайся

Подписывайся на нашу рассылку