Azərbaycanın yeni turizm brendi Dubayda 6 nominasiya üzrə qalib olub

 

Azərbaycanın yeni turizm brendi dünyanın nüfuzlu “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib elan olunub.

Turizmplus.az xəbər verir ki, “Landor” şirkəti tərəfindən hazırlanan brend “Brend stilinin (hədəf kütlə ilə ünsiyyətin) ən yaxşı istifadəsi”, “Ən yaxşı məkan brendi və ya milli brend”, “Səyahət, istirahət və turizm sahəsi üzrə ən yaxşı vizual görüntü” nominasiyaları üzrə qızıl, “Vizuallığın ən yaxşı istifadəsi” nominasiyası üzrə bürünc mükafatı qazanıb.

Bundan əlavə, “Brend yaradılması layihəsinin ən yaxşı tətbiqi” nominasiyası üzrə - “yüksək tərifəlayiq” statusu ilə təltif olunub.

Tədbirin əsas mükafatlarından olan, unikal yanaşma və xarakter baxımından brendin təmsil etdiyi məkanın ən yaxşı təqdimatı üzrə verilən “Ən yaxşı vizuallıq” nominasiyası Azərbaycanın yeni turizm brendinə təqdim olunub.

Məlumat üçün bildirək ki, &ldqu