Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub - FOTOLAR

 

İyulun 9-da Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib.

Turizmplus.az xəbər verir ki, yarmarkada Azərbaycan da daxil olmaqla, ümümilikdə 9 ölkə nümayəndələri iştirak edib.

Tədbirlərdə ölkəmizi Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil ediblər.

Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.

Paylaş

Əvvəlkİ

Bakıda məşhur səyyahlarla görüş baş tutacaq - MƏLUMAT

Sonrakı

Эксперты поставили точку в споре о том, пить или не пить в самолете и до посадки на рейс

Подписывайся

Подписывайся на нашу рассылку