Azərbaycanın turizm imkanları bu dəfə Belarusda tanıdılıb

 

Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.

Tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsi, xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.

Səfirlik tərəfindən tədbirdə iştirak etmək üçün “Belavia” Hava Yolları şirkətinin marketinq və xarici iqtisadi fəaliyyət xidmətinin rəhbəri Radişevskaya Yekaterina və Belarus turizm assosiasiyasının rəhbəri Filip Burıy dəvət olunub.

Tədbir iştirakçıları arasında təşkil olunan lotereya oyununun 7 nəfər qalibinə Azərbaycana səfər paketi hədiyyə edilib.

Sonda “Qafqaz əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim olunub və tədbir iştirakçıları ilə birlikdə “Yallı” rəqsi oynanılıb.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Azərbaycan 35-ci “Philoxenia” Turizm Sərgisində - FOTOLAR