Azərbaycanın tanıtım videoçarxı İspaniya festivalında uğur qazandı - VİDEO

 

Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.

Turizmplus.az xəbər verir ki, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, “Terres Festival” festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilməklə İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə YUNESKO-nun qorunan irs siyahısına əlavə edilən Terres de I’Ebre regionundakı Tortosa şəhərində təşkil olunur.

Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafat Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.

 

 

Paylaş

Əvvəlkİ

Во Франции из-за забастовки ожидаются сбои в работе аэропортов

Sonrakı

Определены самые чистые пляжи Италии

Подписывайся

Подписывайся на нашу рассылку