Azərbaycanın hava nəqliyyatı dünyanın ən yaxşılarındandır

 

Azərbaycan hava nəqliyyatı infrastrukturunun keyfiyyəti üzrə dünyada ilk onluğa daxildir.

Turizmplus.az xəbər verir ki, Almatıda Mərkəzi Asiya aviaşirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən “dəyirmi masa” çərçivəsində 141 ölkənin yer aldığı reytinqdə Azərbaycanın hava nəqliyyatı infrastrukturunun keyfiyyətinə görə dünyanın ən yaxşı 10 ölkəsi sırasında olduğu qeyd edilib.

Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti Ümumdünya İqtisadi Forumu tərəfindən hər il nəşr olunan “Qlobal Rəqabətlilik İndeksi”nin indikatorlarından biridir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın paytaxtında Mərkəzi Asiya aviaşirkətlərinin rəhbərlərinin üçüncü "dəyirmi masa"sı keçiriləcək. Bu barədə qərar Almatıda (Qazaxıstan) keçirilən sayca ikinci belə yüksək səviyyəli tədbirdə qəbul edilib.

Paylaş

Əvvəlkİ

В ОАЭ вводят многомиллионные штрафы для вандалов в поездах

Sonrakı

"Şahdağ Turizm Mərkəzi"nin peykdən çəkilmiş görüntüsü yayımlandı - FOTO