Azərbaycanın hava limanları 4 milyondan çox sərnişinə xidmət göstərib

 

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil edib.

Turizmplus.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq göstəricisi  ilə müqayisədə 6% çoxdur. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub.

2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı -  AZAL 1,6 milyon, milli loukoster “Buta Airways” isə 443 min sərnişin daşıyıb.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines” (Türkiyə, 376 min sərnişin), “FlyDubai” (BƏƏ, 194 min sərnişin), “Aeroflot” (Rusiya, 151 min sərnişin), “AirArabia” (BƏƏ, 130 min sərnişin), “UIA” (Ukrayna, 97 min sərnişin), “Qatar Airways” (Qətər, 81 min sərnişin), “Lufthansa” (Almaniya, 53 min sərnişin) və “SCAT” (Qazaxıstan, 47 min sərnişin) daxil olub.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.

 

Paylaş

Əvvəlkİ

Как правильно осмотреть снаружи самолет, чтобы чувствовать себя в безопасности

Sonrakı

Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının Bakı görüşünə qatılıb

Подписывайся

Подписывайся на нашу рассылку