Azərbaycanın Bolqarıstanda tanıdılması davam edir

 

Bolqarıstanın Veliko Tırnovo şəhərində ənənəvi keçirilən 16-cı “Mədəni turizm” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılan Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları və sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib, Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə, həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib, ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb.

Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.

Qeyd edək ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığ