Azərbaycanın “Boeing 747” yük təyyarəsi ilk dəfə olaraq İstanbulun yeni hava limanına eniş edib

 

Azərbaycanın "Silk Way West Airlines" yük aviaşirkətinin "Boeing 747-8F" təyyarəsi İstanbul şəhərinin bu yaxınlarda açılan yeni hava limanında eniş edən "F" kateqoriyası üzrə ilk iriqabaritli yük təyyarəsi olub.

Bakı-İstanbul-Bakı reysinə Türkiyənin uzun illər yüksək peşəkar səviyyədə aviasiya xidmətləri təklif edən "Çelebi" şirkəti xidmət göstərib.

2012-ci ildə yarandığı gündən etibarən yük aviaşirkəti bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daim genişləndirir. "Silk Way West Airlines" doqquz "Boeing B747" təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və sair kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.

Yeni hava limanı İstanbulun Avropa hissəsindəki Arnavutköy rayonunda, şəhər mərkəzindən 35 kilometr aralıda yerləşir. Hava limanı, həmçinin aprelin 7-dən etibarən Atatürk hava limanının bağlanmasından sonra oradan köçürülən bütün sərnişin aviareyslərinə xidmət edir.

Paylaş

Əvvəlkİ

В Баку впервые пройдет Фестиваль барбекю

Sonrakı

Пляжи в Набране могут закрыть

Подписывайся

Подписывайся на нашу рассылку