Azərbaycanın Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunur


Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 20-dək turizm şirkətinin iştirak etdiyi nümayəndə heyəti Almaniyada “İTB Berlin 2019” turizm sərgisində təmsil olunur.

Martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kv. metrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub.

Sərgidə “Salam Tourism and Travel”, “ENC Tours”, “Baku Hospitality Group”, “Lets go”, “Spektr Travel”, “Al Travel”, “Era Travel”, “TRHAL Travel Agency”, “Silk Way Travel”, “JW Marriott Absheron Baku”, “PASHA Travel”, “Golden Globe International”, “Gilan Hospitality Group”, “Shamakhi Palace Sharadil Hotel”, “Ok Tours”, “Pullman Baku”, “Absheron Hotel Group”, “Touronline.az”, “Geo Travel”, “Hello Azerbaijan” turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirlər. Azərbaycan Hava Yolları isə ayrıca stendlə təmsil olunur.

“Almaniya dünyanın ən böyük getmə turizm bazarlarından biridir. Alman turistlər səyahət və istirahətin müxtəlif növlərinə maraq göstərirlər. Məhz buna görə də Azərbaycanın turizm potensialının burada tanıdılması xüsusi önəm kəsb edir. Azərbaycan alman səyahətçilərə təqdim etmək üçün genişhəcmli turizm imkanlarına malikdir” deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın “İTB Berlin” sərgisində iştirakını şərh edərək bildirib.

Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov ölkəmizin stendini ziyarət edərək sərginin işinə uğurlar arzulayıb.

Xatırladaq ki, sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.

Paylaş

Əvvəlkİ

Novruz festivalı yeni konseptdə təqdim olunacaq

Sonrakı

В Хельсинки пройдет фестиваль чёрной еды

Подписывайся

Подписывайся на нашу рассылку