Azərbaycandan Rio de Janeyroya gedəcək 4 gənc tapıldı - FOTO

 

Yüksələn emosiyalar, həyəcan, gərginlik və hisslərlə yadda qalan “Traveler’s  Mind: Rio edition” yarışı 26 May 2019-cu ildə “Holiday Inn” mehmanxanasında baş tutub. 

Artıq ikinci ildir ki, “Unibank”ın Baş Sponsorluğu və “Vizam.az”-ın təşkilatçılığı ilə həyata keçirilən bu tədbirin əsas məqsədi səyahət həvəskarlarını bir araya toplamaqla yanaşı, həm də onların intellektual biliklərini sınamaqdır.

Turizmplus.az xəbər verir ki, yarış suallarının ümumi mövzusu ölkələr, onların coğrafiyası, maraqlı faktlar və ən əsası səyahətlə bağlı olub. Hər il 50 komanda tərkibində birləşən 200 intellektual beynin bilik savaşında bu il qalib “Gəzməyənlər” komandası adı ilə oynayan Ülvi Mehraliyev, Murad Muradov, Azər Abasəliyev, Qorqud İsrəfilzadə oldu. Onlar xəyalların ölkəsi olan Braziliyanın arzulanan şəhəri Rio de Janeyroya gediş-gəliş bileti qazanıblar.

Qeyd edək ki, 2018-ci ildə ilk dəfə keçirilən yarışın qalib komandası tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.

2-ci və 3-cü yer sahibləri “Unibank”dan “UniMiles” kartı və Vizam.az şirkətindən isə pulsuz viza dəstəyi xidməti ilə mükafatlandırıldılar.

Yarışın təşkilatçıları, “Vitam” şirkətinə çap materialları xidməti ilə təmin etdiyinə, “Brandup” şirkətinə tədbirin dizayn işlərini apardığına, “Ballı Bisi” şirniyyat evinə fasiləni daha dadlı etdiyinə, “Apeiron Group” reklam agentliyinə tədbirin gözəl anlarını foto və video ilə yadda qalan etdiyinə görə, “Gəzəyənlər” səyahət cəmiyyətinə tədbir haqqında məlumatları bölüşdüyünə görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Turizmplus.az Turizm xəbərləri portalı bu tədbirin media dəstəkçilərindən biridir.

IMG-8313

 

Paylaş

Əvvəlkİ

В Шемахе произошло извержение вулкана

Sonrakı

2020-ci ildə Dubayda "Legoland" otel açılacaq

Abunə olun

Xəbərlərimizə abunə olun