Azərbaycanda Yəhudi və Alman Mədəni İrs turları hazırlanır

 

Azərbaycan Hotellər Assosiasiyasının Turizm Məhsullarının İnkişafına dair İşçi Qrupu aktiv şəkildə turizm sektorunun, həmçinin qonaqpərvərlik sektorunun inkişafı üçün yeni ideya və təkliflər üçün yenidən bir araya gəlib.

Turizmplus.az xəbər verir ki, şərab istehsalı ilə məşğul olan şirkətlərlə yaxından əməkdaşlıqların aparılması, həmçinin şərab turlarının inkişafı və turistlərə təklif olunan turların növlərinin genişləndirilməsi ilə bağlı məsələlər İşçi Qrupunun əsas mövzularından olub.

Xatırladaq ki, ötən həftə İşçi Qrupu sənayedəki şərab şirkətlərini bir araya yığaraq turların formatı, həcmi, müddəti və həmçinin strukturuna dair geniş müzakirələr aparıb.

Həmçinin, Yəhudi və Alman Mədəni İrs turları üçün turist passportu – turlar haqqında məlumat kitabçasının çapı və paylaşılması da diqqət mərkəzində olan məsələlər arasındadır.

Paylaş

Əvvəlkİ

Azərbaycana gələn ukraynalı turistlərin sayında kəskin artım olacaq

Sonrakı

Скоро во всех странах мира будут отменены визы

Подписывайся

Подписывайся на нашу рассылку