Azərbaycanda onlar üçün 9 gün tətil olacaq

 

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Turizmplus.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) təşkil edəcək. 

Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Paylaş

Əvvəlkİ

Bakıdan Şarm əl Şeyxə birbaşa uçuşlar yenidən bərpa olundu

Sonrakı

THY hədəflərini açıqladı: 2020-ci ildə 80 milyon sərnişin