Azərbaycanda növbəti oteldən şikayət, direktor işdən çıxarıldı

 

“Park Qusar Resort” otelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

Turizmplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də oteldən 3 otaqlı kottec bron ediblər: “Biz 3 ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda otellə əlaqə saxladıq, amma otelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də otelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər otel doludur deyə xadimə çatdırmayıb. Biz uşaqlara görə heç olmasa 1 otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”. 

“Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib: “Bayram günl