Azərbaycanda növbəti maraqlı festival baş tutacaq

 

Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcəkd. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Turizmplus.az xəbər verir ki, festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər nəzərdə tutulub. Bununla yanaşı, tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarını dequstasiya üçün təqdim edəcəklər. Həmçinin iştirakçılar üçün  Azərbaycanda şərabçılığın tarixinə dair mühazirə keçiriləcək.

Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərab dequstasiya kursları, habelə iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Festivalda iştirak ödənişsiz və əvvəlcədən qeydiyyatla həyata keçirələcəkdir. Elektron qeydiyyatdan festivalın rəsmi saytı olan www.agwf.az vasitəsilə keçə bilərsiniz. Xarici qonaqların qeyd olunan festivalda iştirakı onların istirahətinə əlavə töhfə verəcəkdir.

Paylaş

Əvvəlkİ

ATAA-dan son saxtakarlıq olayı ilə bağlı AÇIQLAMA - DİQQƏTLİ OLUN

Sonrakı

"Buta Airways"dən iki aviabilet qazanmaq imkanı - MÜSABİQƏ

Подписывайся

Подписывайся на нашу рассылку