Azərbaycanda ilk dəfə "Gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif olunacaq

 

Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlayıb.

Turizmplus.az xəbər verir ki, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.

Bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar. 

Layihənin əsas məqsədi xüsusi ehtiyacları olan sərnişinlər üçün uçuşları daha rahat və az həyəcanlı etməkdir.

Paytaxt hava limanı “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş və yaxud mü