Azərbaycanda ictimai çimərliklərin yaradılması işlərinə başlanıb - AÇIQLAMA

 

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun verdiyi məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və  Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək. 

APA

Paylaş

Əvvəlkİ

"Boulevard Hotel Baku"da yay istirahəti xərcləri - QİYMƏTLƏR

Sonrakı

AZAL-ın Dubay reysində təhlükəli anlar - SON DƏQİQƏ

Abunə olun

Xəbərlərimizə abunə olun