Azərbaycanda İcra Başçısı özü xarici qonaqlara bələdçilik etdi - FOTOLAR

 

Yaxın zamanlarda Vilnüs meri Remiqus Şimaşyüsun şəhərə gələn qonaqlara bələdçilik etdiyi haqqında xəbər vermişdik.

Turizmplus.az məlumatına görə, bu maraqlı və pozitiv hadisə Azərbaycanda da yaşanıb. İyun ayının 26-da Şamaxıya gələn Avropa İttifaqının nümayəndələrini İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla görüşblər. 

Səfər zamanı gələn ziyarətçilərə Tahir Məmmədov özü bələdçilik edib və qonaqlar Şamaxının tarixi məkanları, mədəniyyəti ilə yaxından tanış olublar. Görüşlərdə iştirak etmiş Şəhla Aslanın sözlərinə görə başçı tərcüməçi köməyindən də istifadə etməyib.

Qeyd edək ki, turizmin inkişaf etdirilməsi məqsədi ilə şərabçılığın genişləndirilməsi üçün məhsulun keyfiyyətinin artırılması, yerli üzüm sortlarının yetişdirilməsi barədə müzakirələrdən sonra nümayədə heyəti Şamaxının Məlcək kəndində Avropa İttifaqının layihəsindən bəhrələnmiş fermerlərlə görüşüblər. Fermerlər həyata keçirilən layihə ilə bağlı öz təsərrüfatları barədə qonaqlara məlumat veriblər.

 

 

Paylaş

Əvvəlkİ

AZAL QSC-də yeni vakansiya - İŞ VAR

Sonrakı

Rusiyanın məşhur bloqerləri Azərbaycanda - FOTOLAR

Подписывайся

Подписывайся на нашу рассылку