Azərbaycanda helikopter turları - QİYMƏTLƏR

 

Azərbaycanda helikopter turları başlayıb.

Turizmplus.az xəbər verir ki, artıq turizm agentlikləri qeyd olunan turların satışına start verib. Turlar iki istiqamət - Bakı-Quba və Bakı-Qəbələ üzrə baş tutur. Müasir "Agusta Westland AW-139" helikopteri ilə həyata keçirilən turlara günorta yeməyi də daxildir. Helikopter gəzintisi 1 saat 25 dəqiqə çəksə də ümumi tur 4 saat davam edir. 

Qiymətə gəlincə, əgər 12 nəfər səyahətçi olarsa bir nəfər üçün 1100 AZN ödəməli olacaqsınız. Səyahətçi sayı az olarsa qiymətdə dəyişiklik ola bilər.

Qeyd edək ki, bu turlar hava şəraitindən asılı olaraq baş tutur.

 

Paylaş

Əvvəlkİ

Pinqivinlər haqqında bilmədiklərimiz, hətta düşünmədiklərimiz də - ƏLİ ƏKBƏR YAZIR

Sonrakı

Gürcüstan səfiri yerli turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirir - FOTO

Подписывайся

Подписывайся на нашу рассылку