Azərbaycanda ekoturizm konsepsiyası hazırlanacaq


Azərbaycanda qısa müddətdə ekoturizm konsepsiyası hazırlanacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, konsepsiya iki ay ərazində hazırlanacaq:

“Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanması istiqamətində xarici ekspertlərlə birlikdə işlər aparılır. Dövlət Turizm Agentliyinin dəvətilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert Milli parklarımızla tanış olub. Apreldə ölkəmizə Çexiyadan ekspert gələcək. O bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”. 

Bununla yanaşı Hikmət Əlizadə qeyd edib ki,  Azərbaycanda ekoloji turizmin inkişafı üçün böyük potensial var.


Paylaş

Əvvəlkİ

Göygöl Milli Parkını 180-200 min nəfər ziyarət edib

Sonrakı

Россия и США сделали визы дешевле

Подписывайся

Подписывайся на нашу рассылку