Azərbaycanda bələdçilərlə bağlı yeni - QAYDA

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Asossasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edib.

Turizmplus.az xəbər verir ki, 31 iyul 2019-cu il tarixinədək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün Agentliyin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 AZN) azad etməkdir.

Bu addımda məqsəd, həmçinin Azərbaycandakı müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır.

Azərbaycan Turizm Bələdçiləri Asossasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

Qeyd edək ki, 31 iyul 2019-cu il tarixinə qədər qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər 1 avqust 2019-cu il tarixindən etibarən yuxarıda adları sadalanan qoruqlara 2 AZN ödəməklə daxil ola biləcəklər.

Bələdçilər qeydiyyatdan keçmək üçün bu keçiddən istifadə edə bilər: http://bit.ly/2Lbu5fn

 

Paylaş

Əvvəlkİ

Avropada tanınmış brendlərə 70% yay endirimi - TARİXLƏR + ÖLKƏLƏR

Sonrakı

Из аэропорта до центра Парижа лёту без пробок всего 15 минут

Подписывайся

Подписывайся на нашу рассылку