Azərbaycana turist gətirən aviaşirkətlərə subsidiyalar verilə bilər - AÇIQLAMA

 

"Biz təklif etmişik ki, müəyyən uçuşlar zamanı Azərbaycana turist gətirən aviaşirkətlərin xərclərinin hansısa bir hissəsini qarşılayaq". 

Turizmplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

"Bu dünya təcrübəsidir. Əslində, bir çox lou-kosterlərin işi bu sistemdə qurulub. Uçuşların maya dəyəri var və maya dəyərindən az qazanan lou-kost şirkətlər təbii ki, subsidiya qarşılığında uçuşlar həyata keçirirlər. Azərbaycanda da bu təcrübəni tətbiq etmək istəyirik. Əslində, bu dövlət büdcəsini yükə salmaq yox, büdcəyə daha çox pul gətirmək niyyətiylə atılmış addım olacaq. Bizim subsidiyalarımız bir neçə dollar olduğu halda Azərbaycana bir neçə yüz dollar xərcləyən insanları gətirəcəyik" - deyə Kənan Quluzadə bildirib.