Azərbaycana ən çox sərnişin daşıyan aviaşirkətlərin ilk onluğu açıqlanıb

 

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 395 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 14% çoxdur.

Turizmplus.az xəbər verir ki, qeyd olunan dövr ərzində Azərbaycanın milli aviadaşıyıcısı AZAL 135 min, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti isə 51 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 293 min nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 35 min sərnişin), “FlyDubai” (BƏƏ, 16 min), “AirArabia” (BƏƏ, 13 min), “Aeroflot” (Rusiya, 12 min), “Qatar Airways” (Qətər, 7,7 min), “UIA” (Ukrayna, 7,3 min), “SCAT” (Qazaxıstan, 5 min), “Lufthansa” (Almaniya, 3,9 min) və “Belavia” (Belarus, 3,7 min) daxil olmuşdur.

Paylaş

Əvvəlkİ

İsti havalar geri qayıdır - Sabah 14 dərəcə

Sonrakı

Еще один европейский авиаперевозчик прекратил свое существование