Azərbaycana Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

 

Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır. Bunların arasında Baltikyanı ölkələr və Polşadan gələnlərin ilk 3 ay üçün statistikası açıqlanıb.

Turizmplus.az Azərtac-a istinadla xəbər verir ki, 2019-cu ilin ilk 3 ayında Polşadan Azərbaycana 649, Latviyadan 325, Litvadan 345, Estoniyadan 141 turist gəlib. Azərbaycan turistləri əsasən yaz və yay aylarında daha çox cəlb etdiyi üçün məhz şimal ölkələrindən qışda gələn turistlərin sayında xüsusi artım qeydə alınmayıb.

Ötən il Polşadan Azərbaycana 5049, Latviyadan 2433, Litvadan 1903, Estoniyadan 1163 turist daxil olub.

Qeyd edək ki, məhz yay-payız mövsümü üçün Azərbaycan və Latviya arasında birbaşa aviauçuşlar həyata keçirilir.

Paylaş

Əvvəlkİ

Meşədə 4 gün tək - I və II BÖLÜM

Sonrakı

"Biz hərəkətin məhdudlaşdırılmasıyla bağlı xəbər paylaşmamışıq" - AÇIQLAMA

Abunə olun

Xəbərlərimizə abunə olun