Azərbaycana 143 ölkədən 200 minə yaxın turist gəlib


Yanvarda Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsi bildirilib ki, gələnlərin 29,4 faizi Rusiya, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə keçən ay gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Koreya Respublikası (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub.

Yanvarda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 0,2 faiz azalaraq 67,2 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Ötən ay 357 mindən çox Azərbaycan vətəndaşı xarici ölkələrə gedib

Yanvarda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub. Ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya,