"Azərbaycan vətəndaşları əvvəlki kimi çox rahat şəkildə bu uçuşlardan yararlana bilərlər" - EMİN PERİT UZUN

 

Turizm gündəminin əsas mövzusuna çevrilmiş Gürcüstanın Tbilisi şəhərindən Misirin Şarm əl Şeyx şəhərinə olan uçuşların Ermənistan şirkətinin təşkilatçılığı ilə yerinə yetirilməsi xəbərinə "Pegas Touristik" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Emin Perit Uuzn da Turizmplus.az saytına açıqlamasında aydınlıq gətirib.

"Air Cairo" Hava Yolları Misirə aid bir şirkətdir. 4 ilə yaxındır ki, bu istiqamətdə uçurlar. Biz onlarla 3 ilə yaxındır ki, işləyirik və heç bir problem yaşamamışıq. Aviaşirkət yenidən Tbilisi Şarm əl Şeyx uçuşlarını davam etidirir və gediş-dönüş təyyarələri yenidən Tbilisidən uçur.  Azərbaycan vətəndaşları üçün heç bir təhlükə və qorxulu məsələ yoxdur. Əvvəlki kimi çox rahat şəkildə bu uçuşlardan yararlana bilərlər. Son zamanlarda yayılan xəbərlər "Air Cairo" və keçmiş nümayəndəlik arasında olan problemlərdən qaynaqlanır" - deyə şirkət rəhbəri bildirib.

Qeyd edək ki, "Pegas Touristik" şirkəti Azərbaycanlı turistlər üçün Tbilisi-Şarm əl Şeyx turları təşkil edir.

 

Paylaş

Əvvəlkİ

"Azərbaycanlı turistlər üçün bu böyük bir təhlükə yaradır" - RƏVAN QULAMLI