Azərbaycan və Rumıniya arasında turizm əlaqələri müzakirə olunub


Fevralın 13-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Rumıniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan İancu arasında görüş keçirilib. 

Görüş zamanı Azərbaycan və Rumıniya arasında turizm sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb. 

Görüş çərçivəsində qarşılıqlı olaraq Rumıniyanın kənd turizmi və ekoturizm üzrə mövcud təcrübəsinin Azərbaycanda, həmçinin Azərbaycanın mədəni irs nümunələrinin turizm sahəsində istifadəsi üzrə təcrübəsinin Rumıniyada tətbiqi barəsində müzakirə aparılıb.

Hər iki ölkənin işgüzar və biznes turizmi sahəsindəki təcrübələrindən bəhs olunub, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Rumıniyanın əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib.


Paylaş

Əvvəlkİ

İspan şirkətindən İnstagram istifadəçiləri üçün möhtəşəm MÜSABİQƏ

Sonrakı

Lufthansa пытается засудить туриста, сэкономившего 2000 евро на стыковочных рейсах

Подписывайся

Подписывайся на нашу рассылку