Azərbaycan və Özbəkistanının Turizm universitetləri arasında memorandum imzalandı

 

Azərbaycan və Özbəkistanının Turizm universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Turizmplus.az xəbər verir ki, iyulun 1-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Özbəkistan Respublikasının Baş Nazirinin müavini Əziz Abduxakimov arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər arasında turizm sektorunda olan görülən işlər, problemlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

Diskussiya zamanı Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında Gürcüstandan sonra vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin təhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, ölkəsinin dörd əsas şəhərində turistlərin təhlükəsizliyini təmin etmək üçün turist polisi yaradılıb. Qonşu ölkələrlə problemləri olmadığını söyləyən Ə.Abduxakimov Özbəkistanın dünyanın tə