Azərbaycan və Böyük Britaniya arasında viza məsələləri və onun asanlaşdırılması müzakirə olunub

 

Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Turizmplus.az xəbər verir ki, görüşdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da iştirak edib. Görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsi, qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.

Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görü