Azərbaycan turizmi Estoniyada təqdim olunub - FOTOLAR

 

Azərbaycan Sağlıq və Termal Turizmə dəstək Assosasiyasının 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərindən biri olan ölkəmizin sağlamlıq turizm və turizm potensialını, mövcud turizm marşrutlarını, mədəniyyətini, mətbəxini və s. beynəxalq müstəvidə tanıtmaqdır.

Turizmplus.az xəbər verir ki, cari ilin 7-9 Fevral tarixində Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən “TOUREST2020” beynəlxalq sərgisində AHTTSA-nı “Aydan” Azərbaycan mədəniyyət evi ilə birlikdə stenddə təşkilatın prezidenti Ruslan Quliyev təmsil edib. Stendi ziyarət edən yerli vətəndaşlara Azərbaycan və onun tarixi, mədəniyyəti, mətbəxi, turizm və sağlamlıq turizmi, termal müəssisələri haqqında ətraflı məlumat verən Ruslan Quliyev sərginin ilk günü təşkilatçılar tərəfindən təşkil olunan Qala gecəsində iştirak edib. Qala gecəsində “Azərbaycan saatı” təqdimat təşkil olunub.      

Təqdimatda Azərbaycanın Latviyada fəaliyyət göstərən Azərbaycan ticarət evinin rəhbəri Rüfət Quliyev də iştirak edib. Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Avropada, xüsusilə Baltikyanı ölkələrin insanlarının Azərbaycana marağından bəhs edib. Təqdimat zamanı Azərbaycan turizmi və sağlamlıq turizmi, kurort zonaları Naftalan, Qalaaltı və s. , həmçinin ölkə brendi haqqında təqdimatlar olmuşdur. Həmçinin tədbirdə iştirak qonaqlar üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub. 
     
Sərginin ikinci günü isə Estoniyada fəaliyyət göstərən turizm agentliklər və tur operatorlar üçün tədqimat keçirilib və Azərbayc