Azərbaycan Turizm və Menecment Universitetində X məzun buraxılışı olub - FOTOLAR

 

İyun ayının 27-də Azərbaycan Turizm və Menecment Universitetində ”Məzun-2019” adlı X buraxılış mərasimi olub. Tədbirdə ATMU-nun rektoru İlham Mədətov məlumat verib ki, ATMU 12 ixtisas üzrə bakalavr, magistr, doktorantura və əlavə bakalavr təhsili üzrə kadr hazırlığını həyata keçirir.

O vurğulayıb ki, bu il ATMU-dan məzun olan 348 nəfərdən 80 nəfəri magistr, 268 nəfəri bakalavr pilləsini bitirib.

ATMU-nun bu ilki məzunlarından 14 nəfərinin eyni zamanda Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomuna sahibləndiklərini qeyd edən rektor ümumilikdə, universitet məzunlarının 210 nəfərinin iki diploma malik olduqlarını bildirib.

İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr bu il təkcə Azərbaycanda deyil, eləcə də Türkiyə (13), İsrail (55), Çin (3), Kipr (16), Bolqarıstan (19) turizm müəssisələrində təcrübə keçirlər. Bildirim ki, 2018-2019-cu tədris ilində ATMU-dan istehsalat təcrübəsinə göndərilən 379 tələbədən 219-u təcrübə semestrini uğurla başa çatdırıb. 160 nəfəri isə turizm sənayesinin müvafiq strukturlarında peşəkar vərdişlərə yiyələnməkdədirlər. Növbəti ildən tələbələrin İtaliya, BƏƏ, Küveyt, Qatar, İsveçrə, Macarıstan və başqa ölkələrdə anoloji təcrübə proqramlarına qatılmaları üçün lazımi işlər aparılır. O qeyd edib ki, universitet yarandığı