Azərbaycan turizm şirkətlərinin nümayəndələri Mərakeş Krallığında - İNFO-TUR - FOTOLAR


Türk Hava Yolları Mərakeş Krallığının turizm potensialının tanıdılması, eyni zamanda Azərbaycandan Mərakeş Krallığına turistlərin cəlb olunması ilə bağlı Azərbaycanda yerləşən turizm şirkətlərinin nümayəndələri üçün info-tur təşkil edib. 

Turizmplus.az xəbər verir ki, 28 fevral - 04 mart tarixlərində keçirilən info-turda Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas ilə yanaşı Azərbaycandan olan 10 şirkət nümayəndəsi də iştirak edib. Qonaqlar səfər zamanı müvafiq olaraq bir gün Kasablanka, üç gün Mərakeş şəhərlərinin görməli yerlərini gəzib, turizm potensialı ilə tanış olublar.

Səfər Türk Hava Yollarının "Boeing 777" təyyarəsi ilə həyata keçirilib.

Qeyd edək ki, aprel ayında Türk Hava Yollarının İstanbul-Mərakeş reysinin açılması nəzərdə tutulub.

Paylaş

Əvvəlkİ

В Газипаша построят новый курорт

Sonrakı

"The Landmark Hotel Baku"-da 8 mart

Подписывайся

Подписывайся на нашу рассылку