Azərbaycan Turizm Sammitinə qeydiyyat başlanıb.
Turizmplus.az xəbər verir ki, Sammit noyabrın 29-da Bakı Konqres Mərkəzində baş tutacaq.
“Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Sammitdə 25-dən çox yerli və xarici natiqin çıxışı, 6 müxtəlif mövzuda sessiya və bu sahənin peşəkarları ilə görüş imkanı olacaq.
https://www.turizmsammiti.az/ saytında daxil olaraq tam ödənişsiz qeydiyyatdan keçmək mümkündür.