“Azərbaycan Turizm Sammiti 2019” başlandı - TƏDBİRDƏN VİDEOREPORTAJ

 

Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” keçirilir.

Turizmplus.az xəbər verir ki, Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb. 

Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ötən ilki sammitdən etibarən turizm sahəsində görülən işlərdən və Agentliyin gələcək planlarından danışıb.

O qeyd edib ki, Agentlik turizm sahəsində həyata keçirilən tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir. 

Fuad Nağıyev bir illik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% daha çox olduğunu, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə olunduğunu deyib. 

O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına davamlı diqqət ayrıldığını vurğulayıb və göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.  

Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyələrimizi qorumağın vacibliyini vurğulayan Fuad Nağıyev Agentliy