Azərbaycan Turizm Forumunun Qəbələ görüşü baş tutub

 

Aprel 20-si Tourism Lab.-ın növbəti layihəsi olan Azərbaycan Turizm Forumunun - Qəbələ görüşü baş tutub. Tədbir Qəbələ şəhərində Heydər Əliyev adına Qəbələ Konqres Məzkəzində keçirilib.

Turizmplus.az xəbər verir ki, "Gilan Hospitality Group”, "Qafqaz Hotels & Resort”, "Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi”nin baş sponsorluğu və "Mondo Travel”ın sponsorluğu ilə baş tutan "Azərbaycan Turizm Forumu – Qəbələdə Görüşürük” tədbirində 250 nəfərə yaxın turizm sahəsində çalışan peşəkarlar, bir çox Bakı və regional otellərin rəhbərləri, turizm agentliklərinin nümayəndələri, media nümayəndələri və turizm bloggerlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etmək idi.

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyası şirkətinin (Tourism Lab.) təqdimatı keçirilib. "Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova açılış nitqin də bildirib ki, "Şirkətin məqsədi Azərbaycanda "Creating The Culture of Tourism İnnovation” – Turizm İnnovasiya Mədəniyyətini yaratmaqdır. Bu istiqamətdə bütün turizmlə bağlı olan idealara açığıq və onların inkişafında əlimizdən gələn köməkliyi etməyə hazırıq.”. Həmçinin, Tourism Lab. – ın layihələri olan "Azərbaijan Hospitality Academy (AHA)”, "Students Tourism MeetUp”, "Superkids Yay Düşərgəsi” haqqında qısa məlumatlar verib.  Həvva Səfərova tədbir zamanı daha bir surpriz layihənin təqdimatını edib: "Sizə surpriz layihəmiz olan "Azerbaijan Tourism Awards” təqdim edirik. İlin sonunda baş tutacaq bu böyük və möhtəşəm tədbirdə Azərbaycan turizm sahəsində fəaliyyət göstərən turizm şirkətlərin, otellərin, restoranların, hətta turizm fərdlərinin mükafatlandırılması həyata keçiriləcəkdir. May ayının 1-dən qeydiyyata start verilir. Detallı məlmatı www.tourismawards.az saytından əldə edə bilərsiniz.”

Tədbir spikerlərin çıxışları ilə davam edib. Spikerlər aşağıda göstərilən mövzular üzrə çıxışlar edib və auditoriyanın suallarını cavablandırıblar.

Seymur Hacıyev  - "Gilan Hospitality Group” - Group Procure