Azərbaycan Turizm Forumu uğurla baş tutub - FOTOLAR

 

Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 4 ildir keçirilən Azərbaycan Turizm Forumu bu ildə öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edib.

Turizmplus.az xəbər verir ki, forum 18 sentyabr tarixində Azərbaycan Turizm Burosu dəstəyi və Abşeron Otellər Qrupunun sponsorluğu, Vitam reklam həlləri, Carlsberg Azərbaycan, Logix şirkətinin gold sponsorluğu, Brand Up, PPA architects, Hazars Group, Baku Translation şirkətlərinin sponsorluğu ilə Bulvar Otelin konfrans zalında baş tutub.

Tourism Lab. komandası turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur. Turizmin inkişafı və bu sektorda yaranan problemlərin həlləri üçün müxtəlif yolların öz töhvəsini verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk platformadır. Bu platforma nəinki turizm sənayesinin mütəxəssislərinə, həmçinin fərqli sənayenin və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Keçirilən forumda 900 nəfərə yaxın iştirkaçı olub. Bu iştirakçılar əsasən otellər və turizm agentliklərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə maraqlı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, restoran və digər keyterinq şirkətləri olublar.

Bu il keçirilən Azərbaycan Turizm Forumu yenilkiləri ilə forum iştirakçılarının qarşısına çıxıb. Tədbir 3 sessiyadan ibarət olub. 1-ci sessiyada Azərbaycan “Turizmdə Strategiyalar” mövzu