Azərbaycan Turizm Forumu Qəbələdə baş tutacaq


Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək. Məqsəd, forumun qeyd edilmiş məqsədlərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması forumun əsas məqsədlərindən biridir biridir.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Forumu Tourismlab MMC-nin təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki, Tourismlab MMC həmçinin Tourism Students Meetup -ın da təşkilatçısıdır. Turizm forumu bütün turizm mütəxəssislərinin və turizmə bir başa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın yegənə turizm forumudur.

Oxucuların nəzərinə çatdırırıq ki, Azərbaycan Turizm Forumu ilk dəfə 2016-cı ildə keçirilib və 2016-cı ildən bu günə kimi hər il keçirilir. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici spikelrərin iştirakı ilə müzakirə edilir.

Onu da qeyd edək ki, www.turizmplus.az saytı bu tədbirin rəsmi media dəstəkçilərindən biridir.

Azərbaycan Turizm Forumu haqqında daha ətraflı məlumat aşağıdakı linkdən əldə edə bilərsiniz: 

Facebook səhifəsi:  https://www.facebook.com/turizmforumuazerbaycan 

Sayt: https://turizmforumu.az 

 

Paylaş

Əvvəlkİ

Великобритания повышает стоимость виз

Sonrakı

В городе Габала пройдет Азербайджанский туристический форум

Abunə olun

Xəbərlərimizə abunə olun