Azərbaycan Turizm Bürosu turizm nümayəndələri ilə görüş keçirəcək - MƏLUMAT

 

Azərbaycan Turizm Bürosunun keçirəcəyi “Destinasiyanın inkişafı platforması” adlı görüş təşkil edəcək. 

Turizmplus.az xəbər verir ki, fevralın 7-də baş tutacaq sənaye iştirakçıları ilə birinci görüşdə turizm məhsullarının nümayişi və təqdimatı keçiriləcək. Təqdimatları aşağda görə bilərsiz:

· Iter Vitis marşrutu, azerbaijanwine.az saytının təqdimatı və Savalan, Chabiant, Meysari və Azgranatadan gələn təmsilçilərin çıxışı

· Sağlamlığ turizmi haqqında ümumi məlumat və Gazelli, Masallı Klinikası, Kurort QSC sanatoriyaları, Respublika Diaqnostika Mərkəzi, Sea Breeze təmsilçilərinin təqdimatı

· Turizm sərgilərində faydalı iştirakın təşkilinin təqdimatı

Qeyd edək ki, iştirak üçün hər şirkətdən iki nəfərin iştirakı nəzərdə tutulub.

İştirakınızı ad, soyad, təmsil etdiyiniz şirkətin adını və əlaqə nömrəsini qeyd edib, 06/02/20 tarixinədək Büronun əməkdaşı Tural İbrahimova (tural.ibrahimov@tourismboard.az) yönləndirməklə təstiqləyə bilərsiniz.

Paylaş