Azərbaycan Turizm Bürosu Almaniyada "roadshow" təşkil edəcək - QEYDİYYAT

 

Azərbaycan Turizm Bürosu tərəfindən sentyabr ayının 10-12-də Almaniyanın Frankfurt, Hamburq və Berlin şəhərlərində yol şousu (roadshow) təşkil ediləcək.

Turizmplus.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi, Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Almaniyanın turizm tərəfdaşlarına təqdim edilməsi və Azərbaycan ilə Almaniyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsidir.

Qeyd edək ki, iştirak etmək üçün son qeydiyyat tarixi 15 avqustdur. 

Qeydiyyat keçidi: https://docs.google.com/forms/d/1t2RIiANa9qhvZ-6AG5CCK7FGQ_6UfUvFcxq9WQuFXEU/viewform?edit_requested=true

Paylaş

Əvvəlkİ

Qəbələ sakinləri kanatdan pulsuz istifadə edəcək

Sonrakı

Увеличилось число иностранцев, приезжающих в Азербайджан

Abunə olun

Xəbərlərimizə abunə olun