Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının tərkibində Ekspertlər Şurası yaradıldı - FOTOLAR

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Ekspertlər Şurası yaradılıb.

Turizmplus.az xəbər verir ki, sentybarın 3-də yaradılan, Assosiasiyanın tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizim komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb.

Yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.

Paylaş

Əvvəlkİ

Dünyanın ən uzun kruiz səyahəti başladı - 245 GÜN

Sonrakı

В Саудовской Аравии проходят крупнейшие в мире соревнования на верблюдах

Подписывайся

Подписывайся на нашу рассылку