Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olmaq üçün standartlar

 

Xəbər verdiyimiz kimi, iyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) ilk assambleyası keçirilib.

Assambleya zamanı bu təşkilata üzv olmaq üçün namizədlik standartları da açıqlanıb. Turizmplus.az bu standartları oxucularına təqdim edir:

- Hüquqi şəxslər: İdarə Heyəti iclaslarında müzakirə edilir

- Rəsmi işçilərin sayı: minimal 3 nəfər

- Stabil fəaliyyət: minimal 3 il

- Sosial şəbəkələrdə aktiv və qüsursuz fəaliyyət

- Müasir standartlara uyğun maddi-texniki baza və ofis təhcizatı 

- Azərbaycan Sosial İqtisadi Bazarında yüksək qiymətləndirilən fəaliyyət

- Açıq və şəffaf şirkət kapitalizasiyası və vergi strategiyası