Azərbaycan Turizm Agentlikləri Assosiasiyası üzvlüklə bağlı sənəd qəbuluna start verir

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası avqust ayının 1-dən etibarən quruma üzv olmaq istəyən turizm agentiklərinin üzvlüklə bağlı sənəd qəbuluna start verir .

Turizmplus.az xəbər verir ki, bunun üçün turizm şirkətlərinə üzvlük haqqında müraciət ərizəsini, üzvlüyə namizədlik formasını və üzvlük üçün tələb olunan sənədləri dolduraraq skan olunmuş versiyada info@ataa.az elektron poçtuna göndərmələri lazımdır.

Namizədlərin seçimi İdarə Heyəti tərəfindən həyata keçiriləcək. İlkin mərhələdə 2019-cu ilin dekabır ayınadək assosiasiyaya üzvlük ödənişsiz olacaq.

Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının məqsədi özünü inkişaf etdirən turizm agentliklərinin vahid platformasını yaratmaq, düzgün təşkil olunmuş peşəkar turizm xidmətlərini göstərməkdir.

Sənədləri yükləmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiz:

Müraciət ərizəsi: https://bit.ly/2MC4nBx

Üzvlük üçün tələb olunan sənədlər: https://bit.ly/334j5Xq

Üzvlüyə namizədlik forması: https://bit.ly/2YsByxC

Paylaş

Əvvəlkİ

Air Astana переходит на новую систему провоза багажа

Sonrakı

Множество необычных предметов, которые забыли в номерах гости отелей

Abunə olun

Xəbərlərimizə abunə olun