Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizmlə bağlı silsilə təlimlərə start verib

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə quruma üzv olan 25 şirkətin nümayəndəsi üçün təlim keçirilib.  

Assosiasiyadan Turizmplus.az-a verilən məlumata görə, peşəkar təlimçilər Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev və “SMART Hotel Management” şirkətinin  direktoru Ceyhun Aşurov “Sosial davranışların xidmətdə rolu”, eyni zamanda “Turoperator və turagent fəaliyyəti” mövzuları üzrə iştirakçıları maarifləndiriblər.

Təlimin əsas məqsədi turizm sektoru nümayəndələrinin maarifləndirilməsi, bu sahədə peşəkarlıq səviyyəsinin formalaşdılması, turizm məhsullarının və servis xidmətlərinin keyfiyyətinin artırılması, eyni zamanda xidmət mədəniyyəti anlayışının təbliği, kadrların hazırlığı və ixtisaslaşmasıdır.

İnteraktiv şəkildə keçirilən təlimdə turizm nümayəndələrinin sualları da cavablandırılıb.

Sonda iştirakçılara Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub.

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə keçirilən bu növ təlimlər il ərzində hər ay olmaqla müxtəlif mövzular üzrə təşkil olunacaq.

Paylaş

Əvvəlkİ

Dövlət Turizm Agentliyinin koronavirusla bağlı MÜRACİƏTİ

Sonrakı

Menecerlər üçün növbəti onlayn seminar Malyorka adası haqqında olacaq - TARİX

Подписывайся

Подписывайся на нашу рассылку