Azərbaycan Turizm Agentlikləri Assosiasiyası təqdim olundu - FOTOREPORTAJ

 

İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) ilk assambleyası keçirilib.

Turizmplus.az xəbər verir ki, assambleyada Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, turizm agentliklərinin nümayəndələri və jurnalistlər iştirak ediblər. Bir neçə hissədən ibarət tədbiri giriş sözü ilə Fuad Nağıyev açıb. 

O bildirib ki, yeni yaradılan Assosiasiyanın fəaliyyətinin məqsədi turizm agentliklərini bir araya gətirərək mövcud potensialı inkişaf etdirməkdir. Turizmdə xidmət səviyyəsinin keyfiyyətinin ən vacib amillərdən biri olduğunu vurğulayan sədr ATAA-ya fəaliyyətində uğurlar arzulayıb. 

Daha sonra çıxış üçün söz Florian Zenqstşmidə verilib. O, turizm sənayesinin təşkilatlanmasının ümumi hədəflərə çatmaq üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Yeni yaranmış Assosiasiyanın sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmsil edərək dövlət-özəl sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib.

Tədbirin sonunda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxsləri turizm agentlikləri və sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Paylaş

Əvvəlkİ

"Wizz Air" Kutaisidən 12 yeni istiqamətə uçacaq - ŞƏHƏRLƏR

Sonrakı

"Turizm polisi" və qaynar xətt yaradılacaq - AÇIQLAMA

Подписывайся

Подписывайся на нашу рассылку