Azərbaycan Prezidenti “Valday” klubunun XVI illik iclasında Rusiya-Azərbaycan turizm əlaqələri barədə danışıb

 

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib.

Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Bu zaman Prezident Rusiya və Azərbaycan arasında turizm əlaqələrinə toxunaraq bu əlaqələrin inkişaf etdiyini, Rusiyadan Azərbaycana gələn turistlərin sayının ildən ilə artığını qeyd edib. Prezidenti İlham Əliyev bunun səbəblərindən biri kimi Azərbaycanın təhlükəsiz ölkə olmasını və səyahətçilərin burada özlərini evlərindəki kimi hiss etdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

Paylaş

Əvvəlkİ

Yeni ili Dubayda qeyd etmək istəyənlərin nəzərinə

Sonrakı

“Azərbaycan və Gürcüstan turizm sahəsində rəqabət deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcək" - FUAD NAĞIYEV

Abunə olun

Xəbərlərimizə abunə olun